Dünya çempionatına yollanan millimizin heyəti açıqlandı
17.10.2013 - 10:58
Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişi və qadınlar arasında dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, oktyabrın 16-28-də baş tutacaq mundialda ölkəmiz baş məşqçi Zlatan Vanevin rəhbərliyi altında 2 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Olimpiya mükafatçısı Valentin Xristov (62 kq) və Kazan Universiadasının qalibi Firudin Quliyev (69 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndələri arasında isə Kristina Yovu 53 kq çəki dərəcəsində dünya çempionatına qatılacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0