Avropa Oyunlarına hazırlığa ayrılacaq məbləğ açıqlandı
19.10.2013 - 13:52
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlıq işlərinə gələn ilin dövlət büdcəsindən 6 milyon 19 min manat vəsait ayrılacaq. APA-nın məlumatına görə, bu vəsait Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsində nəzərdə tutulub.
Qeyd edək ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılır. Bu, Avropa ölkələri arasında tarixdə ilk Olimpiya oyunlarıdır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq olimpiya təşkilatı tərəfindən keçirilir.
Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0