Teymur Məmmədov 1/4 finalda
22.10.2013 - 08:17
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında daha bir boksçumuz 1/4 finala vəsiqə qazanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) 1/8 finalda hindistanlı Manpret Sinqxlə qarşılaşıb.
İkinci raundda həmyerlimizin qüvvətli zərbəsindən sonra rəqibin qaşı zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Beləliklə, Məmmədov görüşün qalibi elan olunub.
Millimizin üzvü növbəti mərhələdə kubalı Erislandi Savonla üz-üzə gələcək.
Qeyd edək ki, 2011-ci ildə Bakıda keçirilən dünya çempionatında +91 kq çəki dərəcəsində çıxış edən Savon Məhəmmədrəsul Məcidova uduzmuşdu.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0