“Sonradan gördüm ki, onu məğlub edə bilərəm”
23.10.2013 - 17:30
Boks üzrə dünya çempionatında debüt edən Cavid Çələbiyev yarışın tapıntılarıdan sayıla bilər. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya oyunlarının bürünc mükafatçısı Tuqsqot Nayambayarı mübarizədən kənarlaşdıran idmançımız bu gün hindistanlı Şiva Tapianı da üstələyərək, ən azı bürünc medalı özünə təmin edib.
Çələbiyev məhz Monqolustan boksçusu üzərində qələbədən sonra dünya çempionatında mükafatçılar sırasına düşə biləcəyinə inanıb: “Nayambayar adlı-sanlı idmançıdır. Açığı onunla görüşdən öncə bir qədər ehtiyat edirdim. Ancaq sonradan gördüm ki, onu məğlub edə bilərəm. Biz gərgin məşqlər keçmişik, bu yarışa yaxşı hazırlaşmışıq. Nayambayar üzərində qələbədən sonra hindistanlı boksçunu da məğlub edə biləcəyimə inanırdım. Bundan sonra məqsədim yarımfinal və final qarşılaşmalarında da qalib gələrək, Almatıda ölkəmizin himnini səsləndirməkdir. Yarımfinalda yerli boksçu Kayrat Yeraliyevlə görüşüm çətin olacaq. Amma qələbə qazanmaq üçün əlimdən gələni edəcəm”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0