Avropa çempionatında qızıl medal və rekord
25.10.2013 - 13:47
Milli Paralimpiya Komitəsinin (MPK) güllə atıcılığı üzrə milli komandasının üzvü Yelena Taranova İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib. MPK-nın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, 10 metr məsafəyə atəş açma üzrə P2 kateqoriyasının finalında 195 xal yığıb.
Bununla da təmsilçimiz dünya və Avropa rekordunu yeniləyərək, qızıl medal qazanıb.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığması 50 metr məsafəyə atəş açma üzrə P4 kateqoriyasında komanda hesabı ilə 1538 xalla 3-cü yerə layiq görülüb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0