İtaliya millisi Bakıya gəlməyə razılıq verdi
04.11.2013 - 14:24
Dekabrın 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Pri - II Beynəlxalq Bakı Kuboku keçiriləcək. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində qadınlar qüvvəsini sınayacaq.
Artıq Azərbaycandan əlavə, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kubokunda iştirakını təsdiqləyib.
Qeyd edək ki, yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0