Millimizin məşqçisi müdafiəçi qismində - FOTO
05.11.2013 - 10:12
“Bavariya” hazırda o qədər güclüdür ki, Noyer qol buraxanda, ona çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin məşqçisi Uli Ştayn deyib.
Son günlər “Bavariya”nın qapıçısı Manuel Noyer tənqid edilir. Onun Bundesliqanın XI turunda “Hoffenhaym”la görüşdə buraxdığı səhvlər müzakirələrə yol açıb.
Lakin AFR yığmasının sabiq qapıçısı olan Ştayn həmyerlisinin müdafiəsinə qalxıb: “Mənə elə gəlir ki, bəzən Noyer onun ünvanına tənqidi fikirlər söylənilməsini xoşlayır. O, bu yolla daha sonra nəyə qadir olduğunu bir daha isbatlamaq istəyir. Noyer hələ də Almaniyanın ən yaxşı qapıçısıdır”.
Qeyd edək ki, Uli Ştayn 2008-ci ildən Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun qapıçılarla işləyən köməkçisidir.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0