Yığmalarımız üçün Varşava sınağı
07.11.2013 - 15:14
Sabah şahmat üzrə komandalararası Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Polşanın paytaxtı Varşavada baş tutacaq yarışda həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan milliləri mübarizə aparacaqlar.
Belə ki, kişilərdən ibarət yığmamızın şərəfini Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2653), Rauf Məmmədov (2647) və Qədir Hüseynov (2607) qoruyacaqlar. Komandamız reytinqinə görə 37 ölkə arasında 6-cıdır.
Qadınların yarışında millimiz Gülnar Məmmədova (2354), Zeynəb Məmmədyarova (2236), Türkan Məmmədyarova (2250), Xəyalə Abdulla (2255) və Nərgiz Umudova (2253) ilə təmsil olunacaq. Onlar isə 31 ölkə arasında 16-cı yerdədirlər.
Qeyd edək ki, 9 turdan ibarət olacaq Avropa çempionatı noyabrın 17-də başa çatacaq. Turnirdə noyabrın 13-ü istirahət günü olacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0