Millimiz Rusiyaya qalib gəlib, çempionu oldu - FOTO
07.11.2013 - 15:40
Parataekvondo üzrə Azərbaycan millisi Rusiyanın Nalçik şəhərində keçirilən “Elbrus cup” adlı turnirdən uğurlu nəticə ilə qayıdıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa baş məşqçi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında 10 idmançı ilə qatılan millimiz komanda hesabında qızıl medal qazanıb.
Yığmamız finalda ev sahiblərindən üstün olub. Onlar Rusiyaya 9:7 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yığmamız Rusiyaya Şamil Kərimov, Namiq Abbasov, Rövşən Qəhrəmanlı, Əbülfəz Abuzərli (hamısı 58 kq), Nicat Müslümov (68 kq), Aleksandr Poluşuk, Rövşən Rzayev (hər ikisi 80 kq), Vüsal İsmayılov (+80 kg), Bahar Şıxəliyeva (49 kq) və Röyalə Fətəliyevadan (57 kq) ibarət heyətlə yollanmışdı.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0