3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
12.11.2013 - 08:54
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə start verilib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk günündə milli komandamızın 2 üzvü rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Musayev polşalı Konrad Kozlovskini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Həmyerlimiz növbəti mərhələdə Rusiya boksçusu Andrey Pankovla qarşılaşacaq.
Elməddin İsmayılov isə (54 kq) ilk döyüşdəcə irlandiyalı Martin Stokesə uduzaraq, turnirdən kənarda qalıb.
Avropa birinciliyinin ikinci günündə Elşən Qafarlı da (48 kq) mübarizənı dayandırıb. Boksçumuz Macarıstan nümayəndəsi Tar Sandora məğlub olub – 1:2.
Ümid Rüstəmov (50 kq) yarışa qələbə ilə başlayıb. Millimizin üzvü Türkiyə təmsilçisi Uğur Can Yanardağdan üstün olub – 3:0. Rüstəmov 1/4 finalda macarıstanlı Mate Tsazarla üz-üzə gələcək.
57 kq çəki dərəcəsində yarışan Pərviz Quliyev də məşqçilərin ümidini doğruldub. Boksçumuz ilk görüşdə irlandiyalı Metyu Devis üzərində qələbə qazanıb – 2:1. Həmyerlimiz 1/4 finalda ukraynalı Artur Priqoda ilə qarşılaşacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0