Bu dəfə geriləyən olmadı
13.11.2013 - 09:31
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu saymaq olar.
Belə ki, müəyyən müddətdən sonra Peter Zayzenbaherin yetirmələrindən geriləyən olmayıb. Əvəzində Elnur Məmmədli (81 kq) və Kifayət Qasımova (57 kq) rəqiblərinin zəif çıxışı səbəbindən 1 pillə qabağa gediblər. Onlar hazırda müvafiq olaraq, 51-ci və 15-ci yerlərə yüksəlib.
Digər cüdoçularımız - İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 15-ci, 23-cü, 13-cü, 48-ci, 14-cü, 34-cü, 7-ci, 1-ci, 7-ci və 66-cı pillədədirlər.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0