4 boksçumuz Avropa birinciliyinin medalını özünə təmin etdi
14.11.2013 - 17:14
Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin yarımfinalında 4 idmançımız mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev 1/4 finalda macarıstanlı İştvan Szka üzərində qələbə qazanıb – 2:1 (29:28, 29:28, 28:29). Boksçumuz yarımfinalda italiyalı Marko Amorozo ilə qarşılaşacaq.
Hüseyn Tarverdili (70 kq) Fransa nümayəndəsi Kristof Fataki Bobozonu rinqə çıxmağa peşman edib. Milimizin üzvü 3-cü raundda rəqibini nokauta salıb. Tarverdili finala gedən yolda Ermənistan boksçusu Vardan Kosyanla üz-üzə gələcək.
Qeyd edək ki, buna qədər Rüfət Hüseynov (46 kq) və Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqəni təmin ediblər.
Şükran Mehdiyev (+80 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) isə 1/4 finalda mübarizəni dayandırıblar. Avropa birinciliyinə noyabrın 16-da yekun vurulacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0