Yığmamız Ermənistana qarşı heyətini açıqladı
18.11.2013 - 18:55
Şahmat üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Aleksandr Xalifman Türkiyənin Antalya şəhərində baş tutacaq mundialda Avropa çempionatında güvəndiyi zəka sahiblərinə şans verəcək.
Belə ki, millimiz noyabrın 26-dan dekabrın 5-dək keçiriləcək yarışa Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynovla gedəcək. Ötən həftə ikinci Avropa çempionluğunu qazanan komandamızın rəqibləri isə ev sahibləri ilə yanaşı, Çin, Misir, Ermənistan, Hollandiya, Rusiya, ABŞ, Ukrayna və Almaniya olacaq.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0