Yığmamız mundiala qələbə ilə başladı - YENİLƏNİB
26.11.2013 - 22:21
Bu gün Türkiyənin Antalya şəhərində şahmat üzrə komandalararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala FİDE-nin prezidentinin nominantı kimi qatılan Azərbaycan millisi ilk görüşünü ev sahiblərinə qarşı keçirib.
Yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qatılmadıqları yarışda kapitan Aleksandr Xalifmanın güvəndiyi şahmatçılar özünü doğruldub. Belə ki, Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəylinin heç-heçə etdiyi matçı Nicat Məmmədov xilas edib. Onun sayəsində komandamız Türkiyəyə 2,5:1,5 hesabı ilə qalib gələrək, mundiala qələbə ilə başlayıb.
Digər 3 turda da eyni hesab qeydə alınıb. İlk turda yalnız Rusiya və Ermənistan yığmaları xalları yarı bölüblər.
I tur
TÜRKİYƏ - AZƏRBAYCAN - 1,5:2,5
Aleksandr İpatov (2630) – Rauf Məmmədov (2647) - 0,5:0,5
Draqan Solak (2618) – Eltac Səfərli (2653) - 0,5:0,5
Mustafa Yılmaz (2577) – Nicat Məmmədov (2616) - 0:1
Barış Esen (2565) – Vasif Durarbəyli (2559) - 0,5:0,5
Almaniya – Misir - 2,5:1,5
Hollandiya – Çin - 1,5:2,5
Ukrayna – ABŞ - 2,5:1,5
Rusiya – Ermənistan - 2:2
Qeyd edək ki, Xalifman bu turda Qədir Hüseynovu ehtiyatda saxlayıb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0