Avropa çempionu olub, geriləyən liderlər - FOTO
02.12.2013 - 10:23
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr ayı üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə 1 qrossmeysterimiz irəliləyib, 2-si isə geriləyib.
Belə ki, yığmamızın ötən ay Avropa çempionu olmasına baxmayaraq, liderlər Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov hərəyə 1 rəqibini irəli buraxıblar. Onlar hazırda müvafiq olaraq, 11-ci və 34-cü yerə eniblər. Məmmədyarovun aktivində 2757, Rəcəbovun isə 2713 reytinq xalı var.
Onlardan fərqli, Rauf Məmmədov “99-u” 91-ci pilləyə dəyişib. Həmyerlimiz 2656 xala malikdir.
Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olmayıb. Reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsenin (2872) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2803) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2793) ilk “üçlüyü” qapayır.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0