Boksçularımız 17 medal qazandı
09.12.2013 - 17:15
Azərbaycan Texniki Universitetinin İdman Sarayında Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Hindistan, Özbəkistan, Gürcüstan, və Ukrayna komandaları da mübarizə aparıb.
Seçmə komandamız turnirdə 3 qızıl, 5 gümüş və 9 bürünc medala sahib olub. 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda komanda yoldaşı Elnur Şəfizadə üzərində qələbə qazanıb. Orxan Əliyev (81 kq) həlledici görüşdə Hindistan boksçusu Rohiti məğlub edib. 91+kq çəki dərəcəsində də finalda iki həmyerlimiz – Məhəmmədəli Tahirov və Firdovsi Tağıyev üz-üzə gəlib. Tahirov yarışın qalibi olub.
Digər çəki dərəcələrində Elcan Qafarlı (49 kq), İman Əhmədli (64 kq), Samiq Səmədzadə (91 kq) gümüş mükafata yiyələniblər.
Elşan Abbasov (49 kq), Xəyyam Məmmədov (56 kq), Şamil İbrahimzadə (60 kq), Cavid Quliyev (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Elkin İmanov (81 kq), İbrahim Quliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) isə bürünc medalla kifayətləniblər.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0