Boksçularımız Rusiyadan 8 medalla qayıdır
23.12.2013 - 11:17
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.
56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək, 1-ci yerə layiq görülüb. Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Baku Fires” klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb.
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər. Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub.
Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (+91kq) isə bürünc medalla kifayətləniblər.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0