Faiq Həsənov: Vüqarın xatirəsinə turnir təşkil edəcəyik
14.01.2014 - 12:07
Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovun xatirəsinə turnir təşkil olunacaq. Bu barədə apasport.az saytına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məlumat verib.
Federasiya rəsmisi turnirin ənənəvi xarakter daşıyacağını və hər il təşkil olunacağını diqqətə çatdırıb. Həsənovun sözlərinə görə, hələlik yarışın reqlamenti dəqiqləşməyib. Lakin turnir yüksək səviyyədə təşkil olunacaq və bir sıra tanınmış şahmatçılara dəvət göndəriləcək.
Qeyd edək ki, Vüqar Həşimov yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında vəfat edib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0