Azərbaycan çempionu rusiyalı seleksiyaçıların diqqətində
15.01.2014 - 22:40
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin ilk yoxlama oyununda əcnəbi qonaqlar da olub. Apasport.az saytının məlumatına görə, Albaniya “Partizani”si ilə görüşdə Rusiyadan olan seleksiyaçılar da iştirak edib.
Bunlar özbək əsilli rusiyalı FİFA agenti Rüstəm Rəcəbov və Alan Prudnikoddur. Onlar “ağ-qaralar”ın görüşünü diqqətlə izləyərək futbolçuların nəyə qadir olduqlarına nəzər yetiriblər. Şimallıların izlədiyi matçın hər hissəsində 1 qol vuran bakılılar isə toplanışa qələbə ilə başlayıb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0