71 ildən sonrakı məhsuldarlıq
19.11.2019 - 12:25
İtaliya milli komandası son 71 ildə ilk dəfə 9 qol vurub.
Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin son turunda Ermənistanı 9:1 hesabı ilə darmadağın edən “Skuadra Adzurra” sonuncu dəfə belə məhsuldarlığa 1948-ci ildə nail olub.
Həmin vaxt apenninlilər ABŞ yığmasını 9:0 hesabı ilə yeniblər. İtaliya millisi daha iki dəfə 9 və daha çox qol vurmağa nail olub. 1920-ci ildə Fransanı 9:0 hesabı ilə məğlub edən komanda Misirdən güclü olub – 11:3.
Qeyd edək ki, İtaliya yığmasının baş məşqçisi Roberto Mançini bu postda ardıcıl 11 qələbə qazanan ilk mütəxəssisdir.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0