Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi “Mingəçevir”də ciddi araşdırmalar başlayıb.
Komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır. Mənbəyə inansaq, həmin futbolçular artıq saxlanılıb.
DİN-in Mətbuat Xidməti apasport.az-ın sorğusuna cavab olaraq futbolçuların saxlanılması ilə bağlı iddialara aydınlıq gətirib.
Vurğulanıb ki, daxil olan müraciət üzrə araşdırma aparılır. Saxlanılan yoxdur.
Klub tərəfindən isə saytımıza verilən məlumatda araşdırmaların davam etdiyi, hazırda futbolçular öz evlərində olduğu bildirilib.
Baş məşqçi Ədəhim Niftəliyevin istefasının da mövzuya aiddiyatı yoxdur. Onunla yollar komandanın uğursuz çıxışı səbəbindən ayrılıb.