Jose Mourinyo 7 futbolçunu birdən qovur
27.12.2024 - 16:51
Jose Mourinyo 7 futbolçunu birdən qovur

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” 7 futbolçu ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, klub Cengiz Ünder, Samet Akaydın, Levent Mercan, Bartuğ Elmaz, Serdar Aziz, Burak Kapacak və Allan Sen Maksimenlə müqaviləni ləğv edəcək.

Buna səbəb “sarı-lacivərdlilərin” baş məşqçisi Jose Mourinyonun bu futbolçuların sərgilədiyi çıxışlardan məmnun olmamasıdır.

Qeyd edək ki, 16 turu geridə qalan Türkiyə Super Liqasında “Fənər” 36 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb.

0