"Araz-Naxçıvan"ın zədəli futbolçularının durumlarına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviç zədələrini sağaldıblar.
Hər iki futbolçu artıq məşqlərə başlayıblar.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la cavab görüşünə hazırlıqlara qoşulan futbolçuların meydana çıxıb-çıxmayacaqları matç günü məlum olacaq.
Qeyd edək ki, aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək. Komandaların ilk görüşündə Naxçıvan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ