“Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
21.04.2025 - 14:56
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, oyunu izləmək istəyənlər 3, 7 və ya 15 manatlıq bilet əldə etməlidirlər.
Biletlər artıq iTicket.az-da onlayn satışdadır. Oyun günü isə həm “iTicket.az”da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satış təşkil olunacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 23-də keçiriləcək. İlk matçda “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanıb.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
4
0