UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında AVRO-2020-yə ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün seminar başlayıb.
Apasport.az saytının məlumatına görə, tədbirdə Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri də iştirak edir.
Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir.
Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AVRO-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün də seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb