AVRO-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib.
Apasport.az xəbər verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib.
Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar AVRO-2020 ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.
Saytda paytaxtımıza gələn turistlər və şəhərimizin qonaqları üçün Bakının görməli yerləri və ləzzətləri, viza məsələləri, eləcə də nəqliyyat ilə bağlı ətraflı informasiya da yerləşdirilib.
Futbol həvəskarlarının Bakıda keçiriləcək oyunlarla əlaqədar sualları daha çox bilet satışı ilə bağlıdır. Bu məqamı nəzərə alaraq, saytda xüsusi bölmə fəaliyyət göstərir. Azarkeşlər bölməyə keçid edərək, ümumi biletlərin satışı, bilet kateqoriyaları, qiymətlər və VIP biletlərlə bağlı bütün suallara cavab tapa bilərlər.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək