İngiltərə millisinin futbolçuları Ben Çiluell və Meyson Mount komandaya qoşulub.
Apasport.az saytının məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, bir müddət əvvəl koronavirusa yoluxan həm müdafiəçi, həm də yarımmüdafiəçinin son testi neqativ çıxıb. İkihəftəlik karantin müddəti başa çatan Çiluell və Mount sabahdan məşqçilər korpusunun sərəncamında olacaq. Bu isə o deməkdir ki, adıçəkilən futbolçular AVRO-2020-nin 1/8 final mərhələsində Almaniya ilə qarşılaşmaya hazır olacaq.
Qeyd edək ki, İngiltərə - Almaniya görüşü iyunun 29-da Londonda keçiriləcək.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar