Avropa Olimpiya Təsnifat turniri təxirə salındı
11.03.2020 - 21:49
Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan güləş üzrə Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bu barədə bu gün Macarıstan dövləti qərar çıxarıb.
Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Yarışın aprel və ya may ayında keçirilməsi planlaşdırılır.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0