Rusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open” turniri başa çatıb.
Apasport.az saytının məlumatına görə, ənənəvi yarışın qalibi azərbaycanlı Aydın Süleymanlı olub.
Yeniyetmələr arasında dünya çempionu son turda millimizin üzvü Rauf Məmmədovla heç-heçə etməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 15 yaşlı Olimpiya birincisi 9 turdan 6,5 xal toplayıb və rəqiblərini əlavə göstəricidə qabaqlayıb.
İkinci yerdə 6,5 xala malik qazaxıstanlı Rinat Jumabayev qərarlaşdığı halda, “üçlüy”ü eyni xal yığan Rauf Məmmədov qapayıb.
Qeyd edək ki, bu, Azərbaycan şahmatçılarının “Aeroflot Open”də ilk qələbəsi olub.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib