Azərbaycan Qran-prisinin biletləri bu ay satışa çıxarılacaq
03.10.2019 - 08:28
2020-ci ildə keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin bilet satışının başlayacağı tarix müəyyənləşib.
APA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai açıqlayıb.
O bildirib ki, satışa bu ay start veriləcək. Gələn il keçiriləcək yarışı izləmək istəyənlər ayın sonundan bilet əldə edə bilərlər.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0