Azərbaycanlı Günay Məmmədzadənin də qatıldığı qadınlar arasında onlayn sürətli şahmat üzrə dünya çempionatı Qran-Prinin 3-cü mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu dəfə qalib adını rusiyalı Yekaterina Laqno qazanıb.
O, finalda çinli Hou Yifenə 6,5:5,5 hesabı ilə qalib gəlib. Üçüncülük matçında digər rusiyalı Aleksandra Kostenyuk iranlı Saradadat Hademalşarehi məğlub edib – 7:4.
Dörd mərhələdən ibarət turnirin ilk iki yarışında ukraynalı Anna Uşenina və rusiyalı Valentina Qunina qalib olub. Sonuncu mərhələ iyulun 15-də başlayacaq.
Qeyd edək ki, hər şahmatçı dörd mərhələdən üçündə qüvvəsini sınayır. Yerlərə görə toplanılan xalların yekununda ən yaxşı olanlar Superfinalda mübarizə aparacaq. Qatıldığı hər üç yarışda 1/8 finalda dayanan Günay son turniri buraxacaq və Superfinal şansını da itirib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək