Ermənistan baş naziri Nikol Paşinyanın Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini qəbul edərək, məğlubiyyətlə barışmasını və bununla bağlı bəyanatı imzalamasını Azərbaycan xalqı böyük coşqu ilə qarşılayıb.
APA-nın xəbərinə görə, ölkə Prezidentinin də dediyi kimi, "Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!".
Müraciətdən sonra Bakı sakinləri bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışıblar. Gecə saatlarından başlayan və hələ də davam edən şənliklər zamanı əllərində Azərbaycan bayraqları tutan, müxtəlif şüarlar səsləndirən vətəndaşlar Müzəffər Ali Baş Komandana, Rəşadətli Ordumuza minnətdarlıq edir, onlarla həmrəyliklərini bildirirlər.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO