AVRO-2020-nin 1/8 final mərhələsi Fransa millisinin hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İsveçrə ilə qarşılaşmada dubla imza atmaqla, yığmadakı qol sayını 31-ə çatdırıb.
Bununla Jüst Fonten və Jan-Pyerr Papini geridə qoyan Benzema millinin bombardirləri siyahısında 6-cı yerdə olan Zinəddin Zidana çatıb. “Real”ın forvardı hazırda Tyerri Anri (51 qol), Olivye Jiru (46), Mişel Platini (41), Antuan Qrizmann (37) və David Trezegedən (34) geri qalır.
İsveçrə isə 90 dəqiqə ərzində rəqibin qapısından 3 top keçirməklə uğursuz seriyaya son qoyub. Bu komanda 1960-cı ildən bəri ilk dəfə fransızları 3 dəfə məyus ediblər. 61 il əvvəlki matçda İsveçrə 6:2 hesablı qələbə qazanıb.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar