Almaniya Qran-Prisinin təşkilatçıları “Formula-1” üzrə dünya çempionatının mərhələsini qəbul etməyə hazır olduğunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, almaniyalılar baş tutması sual altına düşən Böyük Britaniyadakı mərhələlərin ev sahibi olmaq niyyətindədir.
Ölkəyə daxil olanlara iki həftəlik karantin tətbiqi barədə qərarın qəbul edilməsi “Silverstoun”dakı yarışın təşkilinə əngəl yaradıb. “Formula-1” rəhbərliyi və mərhələnin təşkilatçılar bu yarış üçün istisnanın olacağına ümid etsə də, hələlik qeyri-müəyyənlik hökm sürür.
Almaniya isə “Silverstoun”dakı hər iki mərhələni qəbul etməyin əleyhinə deyil. “Hokkenhaymrinq” artıq indidən bunun üçün hazır vəziyyətdədir.
Qeyd edək ki, mərhələlərinin bəziləri ləğv olunan, bəziləri, o cümlədən Bakıdakı yarış isə təxirə salınan çempionat hələ start götürməyib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb