“Formula-1” üzrə Niderland Qran-Prisinin rəhbəri Yan Lammers yarışla bağlı təklif irəli sürüb.
Apasport.az saytının məlumatına görə, o, yarışdakı həftəsonu ənənəsini dəyişməyi məqsədəuyğun sayır.
Lammers yarışların həftənin çərşənbə günləri keçirilməsinin tərəfdarı kimi çıxış edib. O, bunu futboldakı Çempionlar Liqasına bənzədib: “Niyə Qran-Pri çərşənbə axşamı və ya çərşənbə keçirilə bilməz? Futbol üzrə Çempionlar Liqasında belədir. Yarışların bazar günü gündüz saatlarında keçirilməsi mütləq olmamalıdır. Onları həftəiçi keçirmək, formatı sadələşdirmək lazımdır. Bu, təşkilatçı ölkələrin də işini asanlaşdırar”.
Lammers koronavirusun “Formula-1”ə təsirindən də danışıb: “Koronavirusla bağlı vəziyyət “Formula-1” böyük təsir göstərir. Böhran şəraitində biz hamımız üç addım geri düşə bilərik. Lakin düzgün dərs çıxarsaq, irəli addım ata bilərik. Bunda təkcə çatışmazlıqlar deyil”.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb