Azərbaycan cüdoçuları indiyədək Ermənistan təmsilçiləri üzərində bir çox mötəbər yarışda qələbələr qazanıblar.
Apasport.az saytının məlumatına görə, onlardan ən diqqətçəkəni 2009-cu ildə Yerevanda gənclərin Avropa çempionatı zamanı Elmar Qasımovun (100 kq) qızıl medal qazanaraq, Azərbaycan himnini səsləndirməsi və bayrağımızı ucaltması olub.
Digər cüdoçulardan Rüstəm Orucov (73 kq) 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında və Düsseldorfda baş tutan "Grand Slam" yarışında Ferdinand Karapetyanı məğlubiyyətə uğradıb. Eyni çəkidəki cüdoçumuz Hidayət Heydərov da həmin Karapetyanı Minskdə təşkil olunan Avropa Oyunlarının təsəlliverici görüşdə məyus edərək, bürünc medala yiyələnib.
Azərbaycan Cüdo Federasiyası ermənilər üzərində qazanılan qələbələrdən bəhs edən video hazırlayıb. Onu təqdim edirik:
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub