“Formula-1” rəhbərliyi mövsümün təqviminə daha iki yarışın daxil edildiyini rəsmən açıqlayıb.
Apasport.az saytının məlumatına görə, bunlar Toskana və Rusiya Qran-Priləridir.
Sentyabrın 11-13-də Mudjelloda ilk dəfə təşkil olunacaq yarış İtaliyanın Toskana bölgəsinin adını daşıyacaq. Soçi Qran-Prisi isə sentyabrın 25-27-də keçiriləcək. Bununla da rəsmi təqvimə daxil edilən yarışların sayı 10-a çatıb.
Qeyd edək ki, iyulun 3-də Avstriyada “Red Bull” trasında start götürən mövsüm Şpilberqdəki Ştiriya Qran-Prisi ilə davam etdiriləcək. Bundan sonra Macarıstanda bir, Böyük Britaniyada 2 mərhələ təşkil olunacaq. İspaniya, Belçika və İtaliyada da mərhələlər keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək