Bu gün Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının növbəti vebinarı baş tutub.
Apasport.az saytı xəbər verir ki, dördüncü dəfə təşkil olunan onlayn seminarda HK-nın sədri Qərib Əliyev ilk öncə Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib.
O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb.
Daha sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək