Kəlbəcəri boşaldan erməni hərbçiləri hərbi hissəni partladıblar - VİDEO
24.11.2020 - 23:56
Bu gecədən etibarən işğal altında olan Kəlbəcər rayonu Azərbaycanın Ordusunun nəzarətinə keçəcək. Erməni hərbi birləşmələri noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Kəlbəcəri boşaldarkən hərbi hissələri, kazarmaları da partlatmağı unutmur.
APA xəbər verir ki, “RİA Novosti” Kəlbəcərdə erməni hərbçiləri tərəfindən hərbi hissənin binasının partladılması anını lentə alıb.
Qeyd edək ki, Kəlbəcəri boşaldan ermənilər tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırır, ağacları kəsir və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə aparırlar.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO
0
0