Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün koronavirus peyvəndi məcburi olmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib.
Hazırda Yaponiyada səfərdə olan qurum rəhbəri orada ölkə rəhbərliyi, paytaxt rəhbərliyi və Tokio-2020 Təşkilat Komitəsinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. O, yarışlar zamanı idmançıların peyvənd olunması prosesinin könüllü şəkildə aparılacağını söyləyib.
Bax eyni zamanda Yaponiyada koronavirusa yoluxmanın Avropa ilə müqayisədə zəif olduğunu və insanların nizam-intizama ciddi əməl etdiyini vurğulayıb.
Qeyd edək ki, bu ilin yayında keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Yarış 23 iyul - 8 avqust tarixlərində baş tutacaq.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək