Macarıstan Qran-Prisi azarkeşsiz keçiriləcək
01.05.2020 - 12:57
“Formula-1” üzrə Macarıstan Qran-Prisi azarkeşsiz keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçıları açıqlayıb.
Rəsmi bəyanatda bildirilir ki, avqustun 2-də “Hunqarorinqe”də baş tutacaq yürüş boş tribunlar önündə təşkil olunacaq. Buna koronavirus pandemiyası səbəb olub: “Formula1”lə birlikdə işimizi davam edirik və yarışı keçirmək yolunu tapmağa çalışırıq”.
Qeyd edək ki, hazırkı durumda Macarıstandakı mərhələnin ümumiyyətlə keçirilməməsi təhlükəsi də qalmaqdadır.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0