Ümumdünya Antidopinq Agentliyi (WADA) idman nəticələrinə təsir etməyən narkotik vasitələrdən istifadə üçün cəzanı yüngülləşdirəcək.
Apasport.az saytının məlumatına görə, narkotikdən mütəmadi istifadə etməyənlər üçün tətbiq olunan yeniliklərlə bağlı qaydalar 2021-ci ilin kodeksində öz əksini tapacaq.
Əgər narkotikdən istifadədə günahlandırılan idmançı vasitədən yarış zamanı yararlanmadığını sübut etsə, iki illik diskvalifikasiya üç aya düşəcək. Əgər idmançı reabilitasiya keçməyə razı olsa, bu cəza bir aya tətbiq ediləcək.
WADA 2021-ci il yanvarın 1-dək preparatların yeni siyahısını hazırlayacaq. Rekrasion narkotiklərə kokain, kannabis və digər psixoaktiv vasitələr aid olunur. Yeni kodeksdə informatorların müdafiəsi ilə bağlı qaydalar da yer alacaq. İdmançının dopinq barədə danışmasına mane olmaq cəhdi kodeksin pozulması hesab ediləcək.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək