Qılıncoynadanımız “Satellite” seriyalı turnirdə qızıl medal qazandı
21.10.2019 - 08:51
Azərbaycan qılıncoynadanı Anna Başta Türkiyənin Antalya şəhərində keçirilən “Satellite” seriyalı turnirin qalibi adına yiyələnib.
APA-nın məlumatına görə, sablya növündə mübarizə aparan idmançı həlledici görüşdə kanadalı Qabriella Peycdən üstün olub.
A. Başta finalda 15:9 hesablı ilə qalib gələrək, turnirin qızıl medalını qazanıb.
Sablyaçı 1/4 finalda millinin digər üzvü Səbinə Kərimova ilə üz-üzə gəlib və komanda yoldaşını 15:12 hesabı ilə məğlub edib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0