FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, dekabr reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.
100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.
Hərəyə bir pillə irəliləyən Nicat Abbasov 2668 xalla 71-ci, Qədir Hüseynov 2665 xalla 74-cüdür. Daha çox – 3 addımlıq sıçrayış edən Rauf Məmmədov isə 2654 xalla 92-ci pillədədir. Arkadi Naydiç isə fasilədən sonra “100-lüy”ə daxil olub. O, 2649 xalla 100-cüdür.
Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 30-cu yerə yüksəlib. Gülnar Məmmədova 2382 xalla 81-cidir. 6 xal geri qalan Xanım Balacayeva 90-cıdır. Hər iki şahmatçı bir pillə geriləyib.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək