FİDE şahmatçıların may reytinqini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.
Onlardan 5-i kişi qrossmeysterdir. Təmsilçilərimizdən Teymur Rəcəbov “onluq”da yerini qoruyub. Milli üzvlərindən ən yaxşı göstəricinin sahibi olan şahmatçımız 2765 xalla 9-cu pillədə qalıb.
Şəhriyar Məmmədyarov isə 2764 xalla yenə 11-cidir. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü pilləni qoruyub. Bir pillə irəliləyən Rauf Məmmədov 2654 xalla planetin 90-cısıdır.
Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci, Xanım Balacayeva (2376) 86-cıdır.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb