Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turniri start götürüb.
Apasport.az saytının məlumatına görə, ənənəvi yarışda ölkəmizi yalnız Şərif Şərifov (97 kq) təmsil edir.
Dünya, olimpiya və Avropa çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. Titullu güləşçimiz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Şərifov yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən “Qran-pri”də məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0. Pəhləvanımız sabah finalda türkiyəli Mustafa Səssizlə qızıl medal üçün mübarizə aparacaq.
Dağıstanın Kaspiysk şəhərində isə Əli Əliyevin xatirə turnirində ilk gün arxada qalıb. Bu gün 57, 65, 74, 86 və 97 kq-da mübarizə baş tutub. Sabah bu çəkilərdə medalçılar müəyyənləşəcək. Mahir Əmiraslanov, İslam Bazarqanov (hər ikisi 57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasovun (97 kq) bürünc medal qazanmaq şansı var.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar