Əfsanəvi pilot Mixael Şumaxer 2002-ci ildə “Formula-1”in çempionu olduğu “Ferrari F2002” satılıb.
Apasport.az saytının məlumatına görə, almaniyalıya 5-ci çempionluq qazandıran avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən auksionda yeni sahibini tapıb.
Mövsümün 17 yürüşündən 11-də qalib gələn M.Şumaxer bunların üçündə - San-Marino, Avstriya və Fransa Qran-Prilərində məhz bu bolidi idarə edib. Avtomobil 6,6 milyon dollara satılıb.
Qeyd edək ki, 50 yaşlı M.Şumaxer “Formula-1”in yeddiqat çempionudur. 1994 və 1995-ci illərdə “Benetton”la qalib olan pilot 2000-2004-cü illərdə “Ferrari” ilə ardıcıl 5 uğur qazanıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb