Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında dördüncü görüşünü keçirib.
APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.
Dördüncü dəfə qarşılaşan finalçılar xalı yarı bölüblər. Nəticədə həlledici oyunun əsas mərhələsi heç-heçə başa çatıb – 2:2.
Qalib sabah keçiriləcək sürətli şahmatda bilinəcək.
Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li üz-üzə gəlib. Onların da dueli “sülh”lə yekunlaşıb. Bu cütlük də güclünü sabah müəyyənləşdirəcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb