Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.
APA-nın məlumatına görə, bu uğura güllə atıcısı Yelena Taranova nail olub.
O, Avstraliyanın Sidney şəhərində paraatıcılıq üzrə dünya çempionatında 25 m məsafəyə atəşaçmada ilk 20 idmançı sırasına düşüb. Bu nəticə ona gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib. İkiqat Paralimpiada mükafatçısı 10 və 50 m məsafəyə atışlarda da dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, Y. Taranovadan öncə parapauerliftinqçi Elşən Hüseynov və paraüzgüçü Roman Saley də Tokio-2020-yə lisenziya qazanıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb