AVRO-2020-nin seçmə mərhələsində B qrupunda mübarizəyə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Ukrayna yığması qrupda 1-ci yeri tutmaqla yanaşı tarixinin rekorduna imza atıb.
AVRO-1996-dan başlayaraq beynəlxalq yarışlarda iştirak edən yığma ilk dəfə seçmə mərhələni məğlubiyyətsiz başa vurub. Andrey Şevçenkonun yetirmələri tsikli 6 qələbə və 2 heç-heçə ilə yekunlaşdırıb.
Ardıcıl 3-cü dəfə Avropa çempionatının final mərhələsində oynayacaq Ukrayna 2012-ci ildə meydan sahibi kimi bu hüquqa yiyələnmişdisə, 2016-cı ildə ilk dəfə seçmə mərhələni uğurla adlamışdı. Komanda bir dəfə - DÇ-2006-nın final mərhələsində də oynayıb.
Ukrayna yığmasının uğurlu çıxışı püşkatmaya da təsir edib. Onlar noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki tədbirdə İtaliya və Belçika kimi 1-ci səbətdə yer alacaq. Bu üç komanda kimi Avstriyanın da səbəti dəqiqləşib. Onlar 3-cü səbətə düşüblər.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb